MÜSİAD Azərbaycan dərnək mərkəzimizdə İbn Haldun Üniversitesi Mütevelli Heyəti Başkanı, dəyərli Prof.Dr. İrfan Gündüz hocamızın "Müstəqillikdən bu günə Azərbaycan xatirələrim" adlı söhbət proqramında MÜSİAD Azərbaycan İdarə Heyətimizin sədri Rəşad Cabirli, İdarə Heyəti üzvlərimiz, üzvlərimiz və Gənc MÜSİAD Azerbaycan nümayəndələrimiz iştirak edib.
Modern.az xəbər verir ki, proqramda keçmiş məşhur futbolçu Mesut Özil də iştirak edib və bu, gəncləri məmnun edib.
Görüş zamanı Prof.Dr İrfan Gündüz hoca I Qarabağ Müharibəsi zamanı yaşananlarla bağlı xatirələrini, 1992-ci ildə Türkiyədən dəstək məqsədilə Azərbaycana gəlməsindən, qurucu üzvü olduğu Müstəqil Sənayeçi və İşadamları Dərnəyi - MÜSİADın fəlsəfəsindən söhbət açıb.
MÜSİAD İrfan Gündüzə və Gəncliyə Yardım Fondunun İdarə Heyətinin sədri Ahmet Tecimə təşəkkür edib: "İrfan bəyə və Mesut Özilə verdikləri dəyərə, ziyarətlərinə görə təşəkkür edirik. Bu gün doğum gününü qeyd edən Mesut beyi bir daha təbrik edir, sağlam və bərəkətli ömür arzu edirik.
Gəncliyə Yardım Fondunun İdarə Heyətinin sədri Ahmet Tecimə ziyarətinə və dəstəyinə görə xüsusi təşəkkürümüzü bildiririk".
Görüşün sonunda xatirə fotosu çəkilib, hədiyyələr və "Azerbaycana gelmek için #101neden" kitabçası təqdim edilib.