Modern.az

8 ayda xarici ticarət dövriyyəmiz: idxal və ixracda nə baş verib?

8 ayda xarici ticarət dövriyyəmiz: idxal və ixracda nə baş verib?

İqtisadiyyat

16 Oktyabr 2024, 15:40

Xarici ticarət əlaqələri haqqında 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 161 ölkədən idxal olunub.

 

Modern.az xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 30212,3 milyon ABŞ dolları təşkil edib.

 

Ticarət dövriyyəsinin 17448,4 milyon dollarını və ya 57,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 12763,9 milyon dollarını (42,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 4684,5 milyon dollar məbləğində müsbət saldo yaranıb.


 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 2,3 faiz, real ifadədə 5,2 faiz, o cümlədən idxal 2,2 faiz, ixrac isə 7,0 faiz azalmışdır. 2024-cü ilin yanvar-avqust aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 1,4 faiz, real ifadədə 12,0 faiz azalaraq 2179,9 milyon dollar təşkil edib.


Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 22,5 faizi İtaliya, 13,5 faizi Türkiyə, 9,5 faizi Rusiynın payına düşüb. 


2024-cü ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 46,2 faiz, tütün – 3,6 dəfə, bitki yağları – 2,8 dəfə, meyvə və tərəvəz konservləri – 14,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,1 dəfə, çay – 10,3 faiz, pambıq lifi – 2,0 dəfə, mineral gübrələr – 2,2 dəfə, bentonit gili – 14,3 faiz artmış, təzə meyvə ixracı isə 0,1 faiz, kartof – 32,0 faiz, meyvə və tərəvəz şirələri – 3,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 34,1 faiz, polipropilen – 25,6 faiz, polietilen – 21,9 faiz, elektrik enerjisi – 64,2 faiz, emal olunmamış alüminium – 18,5 faiz, sement klinkerləri – 6,0 faiz, qara metallardan çubuqlar – 7,7 faiz, pambıq ipliyi – 2,5 faiz, qara metallardan borular – 26,4 faiz azalıb.

 

2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 2024-cü ilin yanvar-avqust aylarında xam şəkər idxalı – 5,4 faiz, təzə meyvə – 31,2 faiz, bitki yağları – 33,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 77,1 faiz, unlu qənnadı məmulatları – 12,7 faiz, şokolad və şokolad məhsulları – 13,2 faiz, çay – 12,4 faiz, quş əti və onun əlavə məhsulları – 27,7 faiz, mal əti – 76,8 faiz, təzə tərəvəz – 67,9 faiz, qara metallardan borular – 3,1 faiz, hesablama maşınları, blok və qurğuları – 18,3 faiz, yük avtomobilləri – 21,9 faiz, sintetik yuyucu vasitələr – 4,1 faiz, mebellər – 45,0 faiz, məişət kondisionerləri – 45,9 faiz, qara metallardan çubuqlar – 47,8 faiz, mineral gübrələr – 40,6 faiz, polipropilen – 22,4 faiz, qara metallardan künclüklər – 2,6 faiz, avtobuslar – 2,0 dəfə, sement – 6,5 faiz artmış, buğda idxalı isə 13,2 faiz, kartof – 5,4 faiz, siqaretlər – 70,0 faiz, minik avtomobilləri – 13,0 faiz, dərman vasitələri – 28,6 faiz, polad prokatı – 11,1 faiz, rezin şinlər – 12,2 faiz, polietilen – 9,1 faiz, paltaryuyan maşınlar – 0,8 faiz, məişət soyuducuları – 9,2 faiz azalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI