Modern.az

Azərbaycan neftinin qiyməti 75 dolları ÖTÜB

Azərbaycan neftinin qiyməti 75 dolları ÖTÜB

İqtisadiyyat

17 Oktyabr 2024, 09:58

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti  cüzi artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları, yaxud 0,69 % artaraq 75,26 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI