Modern.az

Gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği

Gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği

İqtisadiyyat

17 Oktyabr 2024, 17:08

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) verdiyi güzəştli kreditlərin 5,9 %-i qadın sahibkarların payına düşüb.

Modern.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə 327 qadın sahibkarın layihələrinə 9,9 milyon manat güzəştli kredit ayrılıb.

Bundan başqa, 9 ay ərzində Fondun xətti ilə 123 gənc sahibkarın təqdim etdiyi layihələr üzrə ümumilikdə 4,6 milyon manat güzəştli kredit ayrılıb.

Hesabat dövründə Fond ümumilikdə 4 116 layihənin maliyyələşdirilməsinə 167,6 milyon manat güzəştli kredit verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI