Modern.az

Mərkəzi Bank sığorta şirkətinə məcburi göstəriş verdi

Mərkəzi Bank sığorta şirkətinə məcburi göstəriş verdi

İqtisadiyyat

18 Oktyabr 2024, 15:48

Azərbaycan Mərkəzi Bankı “Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” MMC-yə icrası məcburi göstəriş verib.

Bu barədə Modern.az-a AMB-dən bildirilib. Belə ki, Mərkəzi Bank tərəfindən sığorta brokerində planlı və hərtərəfli yoxlama aparılıb.

"Xəmsə Sığorta və Təkrarsığorta Brokeri"nin sığorta qanunvericiliyinə və lisenziya tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanılması nəticəsində müəyyən edilmiş nöqsan və çatışmazlıqlarla bağlı “Sığorta fəaliyyəti haqqında” Qanunun 102. 2. 9-cu maddəsinə əsasən icrası məcburi göstəriş verilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI