Modern.az

TURAN xüsusi iqtisadi zonası açılır

TURAN xüsusi iqtisadi zonası açılır

İqtisadiyyat

19 Oktyabr 2024, 23:16

Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr Qazaxıstanın təşkilata üzv dövlətlərin Yaşıl Maliyyə Şurasının və Mərkəzi (Milli) Banklar Şurasının yaradılması təşəbbüslərini dəstəkləyib.

 

Modern.az xəbər verir ki, bu təşəbbüs oktyabrın 18-də Bişkekdə TDT-nin iştirakçısı olan ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclasında təsdiq edilib.

 

İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan rəsmiləri iştirak ediblər.

 

Əsas müzakirə mövzusu TDT-yə üzv dövlətlərin gələcək əməkdaşlığının gücləndirilməsi və iqtisadi inkişaf məsələləri olub.

 

İqtisadiyyat və ticarət nazirlərinin növbəti görüşü Türküstan şəhərində keçiriləcək. Burada Qazaxıstanın bütün TDT ölkələri tərəfindən dəstəklənən digər təşəbbüsü - TURAN xüsusi iqtisadi zonasının açılışı planlaşdırılır

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI