Azərbaycan banklarına cəlb olunmuş əmanət və depozitlərin 89 faizi Bakı iqtisadi rayonunun payına düşür.
Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin 8 ayında banklara qoyulmuş 14 milyard 185 milyon manat depozitin 12 milyard 539 milyon manatı Bakı şəhərində yaşayan vətəndaşlar və fəaliyyət göstərən sahibkarlar tərəfindən yerləşdirilib.
İkinci yerdə 453 milyon manatla Abşeron-Xızı iqtisadi rayonunun əmanətçiləri gəlir. Bu ümumi əmanət və depozitlərin 3,1 faizini təşkil edir.
Gəncə-Daşkəsən iqtisadi rayonu 222 milyon manatla siyahıda üçüncüdür. Bu bölgənin ümumi əmanətlərdə payı 1,5 faizdir.
Banklara ən az əmanət və depozitlər Dağlıq Şirvan (44 milyon manat) və Mil-Muğan (46 milyon manat) iqtisadi rayonlarında qoyulub.