Modern.az

Azərbaycan nefti 3% bahalaşıb

Azərbaycan nefti 3% bahalaşıb

İqtisadiyyat

23 Oktyabr 2024, 09:12

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1 barelinin qiyməti 3 faizdən çox bahalaşıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,25 ABŞ dolları, yaxud 3,03 % artaraq 76,56 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Qeyd edək ki, ötən gün Azərbaycan nefti 74.31 dollara satılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI