2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 9.4% artaraq 1 milyard 23 milyon 707 min manata çatıb.
Modern.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə həyata keçirilən sığorta ödənişlərin həcmi 38,3% artaraq 553 milyon 746 min manata yüksəlib.Bu, ötən ilin eyni dövrünə nisbətdə 38,3% çoxdur.
Cari ilin yanvar-sentyabr aylarında həyat sığortası üzrə 560,1 milyon manat, qeyri-həyat sığortası üzrə 463,6 milyon manat sığorta haqları hesablanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yığım həyat sığortası üzrə 16,3%, qeyri-həyat sığortası üzrə 2% artıb.