Modern.az

Vaxtı keçmiş kreditlər azalır

Vaxtı keçmiş kreditlər azalır

İqtisadiyyat

24 Oktyabr 2024, 11:06

2024-cü il oktyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480 milyon manat təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilib.

Qeyd olunur ki, bu göstərici cari il sentyabrın 1-i ilə müqayisədə 1,5% və ya 6,9 milyon manat çoxdur.

İlin əvvəli ilə müqayisədə sektorun vaxtı keçmiş kreditləri 9,8% artıb, ötən ilin eyni dövrünə nisbətən 7,5% azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.6 faiz bəndi azalaraq 1.7% təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI