Modern.az

Azərbaycanda yumurta bahalaşıb?

Azərbaycanda yumurta bahalaşıb?

İqtisadiyyat

29 Oktyabr 2024, 14:20

Sosial şəbəkələrdə yumurtanın qiymətinin bahalaşması ilə paylaşımlar edilib. Yumurtanın bəzi mağazalarda 23-25 qəpiyə satıldığı deyilir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, yumurtanın qiymətinin bahalaşması barədə xəbərlər doğru deyil, əksinə qiymətdə enmə var.

 

"Keçən illə müqayisədə yumurta 3-4 qəpik ucuz satılır. Hazırda yumurtanın topdansatış qiyməti 12-13-14 qəpik aralığındadır. Yumurta mağazalarda da 14 qəpiyə satılır. Hansısa boşboğazlar yumurtanın qiymətinin qalxdığı ilə bağlı məlumatlar yayır. Yumurtanın qiymətini qaldırmaq mümkün deyil",- o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu