Modern.az

Qızılın unsiyası 2800 dolları keçdi - bahalaşmanın səbəbləri

Qızılın unsiyası 2800 dolları keçdi - bahalaşmanın səbəbləri

İqtisadiyyat

30 Oktyabr 2024, 11:52

Dünya bazarında qızılın qiyməti ilk dəfə 2800 dollar həddini keçdi.

Modern.az xəbər verir ki, Nyu-York əmtəə birjasında bu səhər 1 unsiya qızıl 2801,7 dollara satılıb.  Bundan əvvəl qızıl 2700 dollarlıq psixoloji həddi sentyabrın 26-da keçib.

Bununla da ilin əvvəlindən qiymət artımı 35 faizə çatıb.

Bu il qızılın qiymətini artıran amillər arasında dünyada geosiyasi risklərin kəskinləşməsi, monetar siyasətin yumşaldılması və ABŞ-da prezident seçkilərinin nəticəsinin qeyri-müəyyənliyi var. Bütün bunlar təhlükəsiz sığınacaq kimi qızıla tələbatı artırır.

ABŞ-da seçkilərə qədər son həftələrdə ştatlarda siyasi qeyri-müəyyənlik faktoru qızılın bahalaşmasını xüsusilə sürələndirir.

Bəzi analitiklər hesab edir ki, qızılın belə sürət götürməsi dollara arxalanan maliyyə sistemi üçün təhlükə yarada bilər.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi