Modern.az

2025-ci ilin büdcə layihəsində neftin QİYMƏTİ

2025-ci ilin büdcə layihəsində neftin QİYMƏTİ

İqtisadiyyat

18 Noyabr 2024, 11:32

2025-ci ilin dövlət büdcəsi layihəsi tərtib olunarkən İqtisadiyyat Nazirliyinin proqnozları əsasında ümum daxili məhsulun artımı 3.5 faiz, neftin bir barelinin qiyməti 70 ABŞ dolları həcmində nəzərdə tutulub.

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.

Xatırladaq ki, 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 75  ABŞ dolları həcmində müəyyən olunmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı