Bu ilin 1 noyabr tarixinə olan məlumata əsasən, Azərbaycan banklarının milli valyutada verilmiş cəmi kredit portfeli 22,5 milyard manat təşkil edib. Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, ən çox kredit Bakı şəhərində verilib. Paytaxtda milli valyutada verilmiş kreditlərin ümumi məbləği 16,4 milyard manat təşkil edir. Böyük şəhər və iqtisadi mərkəz olaraq Bakı həm əhali sayı, həm də müxtəlif iqtisadi fəaliyyət sahələrinin inkişafı ilə diqqət çəkir.
İkinci yerdə olan Sumqayıt şəhərində milli valyutada verilmiş kreditlərin ümumi məbləği 698,9 milyon manat təşkil edib.
Gəncə şəhəri də milli valyutada verilmiş kreditlər üzrə yüksək məbləğə malikdir. Bu şəhərdə verilmiş kreditlərin həcmi 635,5 milyon manat təşkil edir.
Naxçıvan şəhəri isə 362,7 milyon manatla 4-cü sırada yer alır.
Abşeron rayonu 262 milyon manatla 5-ci, Lənkəran 261,6 milyon manatla 6-cı, Bərdə rayonu 234 milyon manatla 7-ci sırada yer alır.
Mingəçevir şəhəri 187,6 milyon manatla 8-ci, Xaçmaz rayonu isə 175,6 milyon manatla 9-cu sırada yerləşir. İlk onluğun sonuncu pilləsini Şəmkir rayonu 169,2 milyon manatla tutur. Bu da rayonun iqtisadi inkişafını, xüsusən də kənd təsərrüfatı sahəsindəki artımı əks etdirir.
Milli valyutada kredit verilən ən az bölgə isə Xankəndi şəhəridir. Bu şəhərdə verilmiş kreditlər cəmi 600 min manat təşkil edir.
2024-cü ilin noyabrın 1-nə Azərbaycanda problemli kreditlər 425 milyon manat təşkil edib.
Ölkə üzrə problemli kreditlərin də əksər hissəsi – 325 milyon manatı Bakı şəhərinin payına düşür.
Digər şəhər və rayonlarda problemli kreditlərin həcmi:
Digər şəhər və rayonlar: