Modern.az

Rusiya ilə Azərbaycanı birləşdirən yol 4 zolaqlı olacaq

Rusiya ilə Azərbaycanı birləşdirən yol 4 zolaqlı olacaq

İqtisadiyyat

3 Dekabr 2024, 15:18

Krasnodar diyarının Pavlovskaya kəndindən Azərbaycanla sərhədə aparan R-217 “Qafqaz” federal əhəmiyyətli avtomobil yolu 2030-cu ilə qədər dörd zolağa qədər genişləndiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Avtomobil Yolları Agentliyinin “Qafqaz” Federal avtomobil yolları Departamentinin rəhbəri Aleksandr Lukaşuk TASS-da keçirdiyi mətbuat konfransında bildirib.

“Bu günə bizim prioritetimiz Rusiya Federasiyasının subyektlərini və xarici dövlətləri birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan R-217 “Qafqaz” yoludur. Bu yol ilə ən ağır trafik, o cümlədən yük daşımaları həyata keçirilir, ona görə də bu istiqamətə xüsusi diqqət yetirilir. 2030-cu ilə qədər bütün R-217 avtomobil yolu nəqliyyat axınının ayrılması ilə dörd zolaqlı olacaq”, - deyə o bildirib.

Lukaşuk qeyd edib ki, magistralın dörd zolağa qədər genişləndirilməsi qarşıdan gələn nəqliyyat axınını ayırmağa imkan verəcək. Bu, xüsusilə ciddi nəticələri olan qəzaların qarşısını almağa kömək edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi