Modern.az

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar VERƏCƏK

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar VERƏCƏK

İqtisadiyyat

16 Dekabr 2024, 10:16

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi üzrə növbəti qərarını 18 dekabr tarixində elan edəcək.

Modern.az xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul-kredit siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.

Qeyd edək ki, AMB noyabrın 1-də uçot dərəcəsini dəyişməz saxlayaraq 7,25 faiz səviyyəsində qərarlaşdırmışdı.

Faiz dəhlizinin yuxarı və aşağı hədləri də müvafiq olaraq 8,25 faiz və 6,25 faiz səviyyəsində dəyişməz qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?