Modern.az

Avropada qaz bahalaşıb - Səbəblər AÇIQLANDI

Avropada qaz bahalaşıb - Səbəblər AÇIQLANDI

İqtisadiyyat

2 Yanvar 2025, 23:07

Avropada hərraclarda qazın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə qalxıb.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.

Bildirilir ki, hazırda 1000 kubmetr üçün qiymət 540 dollara çatıb.

Qazın qiyməti Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin dayandırılması ilə əlaqədar artıb. Norveçin Hammerfest şəhərindəki LNG zavodunun fəaliyyətinin dayandırılması da qiymətə təsir edib. Zavodda kompressor nasazlığı səbəbindən yanvarın 9-dək istehsalı dayandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ