Modern.az

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsindən gəlirlər azalıb

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsindən gəlirlər azalıb

8 Yanvar 2025, 14:50

2024-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 6 milyard 158,5 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Modern.az Fonda istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 740,7 milyon ABŞ dolları və yaxud 10,73 % azdır.

2023-cü ildə ARDNF yataqlar blokunun işlənməsindən 6 milyard 899,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi