Modern.az

Azərbaycan Avropaya 13 milyard kubmetr qaz ixrac edib

Azərbaycan Avropaya 13 milyard kubmetr qaz ixrac edib

İqtisadiyyat

15 Yanvar 2025, 09:24

2024-cü ildə Azərbaycandan Avropaya ixrac olunan qazın ümumi həcmi 12,9 milyard kubmetr təşkil edib. 

Modern.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Məlumata görə, ötən il Türkiyəyə 9,9 milyard kubmetr, Gürcüstana isə 2,4 milyard kubmetr qaz ixrac olunub. Həmçinin, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə 5,6 milyard kubmetr qaz nəql edilib.

Nazir bildirib ki, 2024-cü ildə xaricə qaz satışı, əvvəlki illə müqayisədə təqribən 5,8% artıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ukraynada bu ərazidə qızğın döyüşlər başladı