Modern.az

Azərbaycan nefti 1 dollara qədər ucuzlaşıb

Azərbaycan nefti 1 dollara qədər ucuzlaşıb

İqtisadiyyat

15 Yanvar 2025, 09:58

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1 dollara qədər ucuzlaşıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,97 ABŞ dolları, yaxud 1,15 % azalaraq 83,56 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər