Modern.az

Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək

Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək

İqtisadiyyat

20 Yanvar 2025, 09:45

21 və 22 yanvarda Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.

Məlumata görə, komissiyanın iclasına İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev başçılıq edəcək.

Azərbaycandan 40 nəfərlik heyətin iclasda iştirak edəcəyi bildirilir.

İclasda müxtəlif iqtisadi məsələlər, o cümlədən nəqliyyat, bank məsələləri, investisiya, enerji, turizm və sair məsələlər müzakirə olunacaq.

22 yanvarda bu məsələlər üzrə müzakirələr başa çatdıqdan sonra əməkdaşlıq sənədinin imzalanacağı gözlənilir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər