Modern.az

Xarici ticarətdə müsbət saldo 3 dəfə azalıb

Xarici ticarətdə müsbət saldo 3 dəfə azalıb

İqtisadiyyat

22 Yanvar 2025, 09:08

2024-cü ildə  Azərbaycanın cəmi xarici ticarət dövriyyəsi 47 milyard 612 milyon 101 min dollar olub. 

Bu barədə Modern.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

O cümlədən, 2024-cü ildə Azərbaycanın ixracı 26 milyard 554 milyon 56 min  dollar, idxalı isə 21 milyard 58 milyon 44 min  dollar olub. Saldo müsbət 5 milyard 496 milyon 12  min  dollar təşkil edib.  Bu da bir il əvvəllə  müqayisədə 3 dəfə azdır. Son 1 ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın cəmi xarici ticarət əməliyyatlarının həcmi 51 milyard 183 milyon 900 min ABŞ dolları o cümlədən, ixracı 33 milyard 898 milyon 554 min ABŞ dolları, idxalı 17 milyard 285 milyon 345 min ABŞ dolları, saldo 16 milyard 613 milyon 210 min ABŞ dollar təşkil etmişdi. 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər