Modern.az

Dövlət istiqrazlarının bir hissəsi vaxtından əvvəl geri alınıb

Dövlət istiqrazlarının bir hissəsi vaxtından əvvəl geri alınıb

İqtisadiyyat

26 Fevral 2025, 09:32

Fevralın 25-də dövlət istiqrazlarının geri alınması ilə bağlı hərrac keçirilib.

Bu barədə Modern.az-a Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, hərrac “Bakı Fond Birjası” QSC-də Nazirliyin AZ0201040208, AZ0201040240 və AZ0201040265 ISIN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması ilə bağlı olub.

İnvestorlar tərəfindən sözügedən ISIN kodlu dövlət istiqrazları üzrə ümumilikdə 27,0 milyon manat məbləğində sifarişlər təqdim edilib və həmin sifarişlər üzrə ümumilikdə 18,2 milyon manat məbləğində dövlət istiqrazları vaxtından əvvəl geri alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər