Modern.az

Bu kəmər Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq

Bu kəmər Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq

İqtisadiyyat

5 Mart 2025, 18:13

İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, enerji sektoru "Bir millət, iki dövlət" şüarının əsas hissəsini təşkil edir:

 

"Azərbaycan təbii qazını Avropaya çatdırmağın sevincini yaşayırıq. Bu sahədə Azərbaycanla tam əməkdaşlıq içərisindəyik. Bu gün əməkdaşlığımıza yeni bir layihəni də daxil etməkdən məmnunuq. Yeni layihə Naxçıvanla birliyimizin rəmzi olacaq. Bu xətt Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər