Modern.az

Qızıl bahalaşmaqda davam edir

Qızıl bahalaşmaqda davam edir

İqtisadiyyat

15 Mart 2025, 11:50

Əmtəə bazarlarında qızıl bahalaşmaqda davam edib.

Modern.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,33% artaraq 3 001,1 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,37% artaraq 34,43 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyərək 3 000 ABŞ dollarını ötüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər