Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23,2 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin 53,5 faizi və ya 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 46,5 faizi və ya 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Yanvar-fevral aylarında xarici ticarətdə 628,45 milyon dollarlıq müsbət saldo yaranıb.