Modern.az

Tikinti sektorunda 18 faizlik geriləmə

Tikinti sektorunda 18 faizlik geriləmə

İqtisadiyyat

18 Mart 2025, 12:00

Son 1 ildə Azərbaycanda  tikinti sektoru 17,7 faiz geriləyib.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-fevral aylarında ölkədə 870 milyon manatlıq tikinti işləri aparılıb. Halbuki 2024-cü ilin eyni dövründə bu göstərici   1 milyard 43 milyon manat olub.

2025-ci ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 80,6 faizini inşa, yenidənqurma və bərpa, 7,8 faizini əsaslı təmir, 5,9 faizini cari təmir, 5,7 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 87,1 faizini qeyri- dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetirmişlər.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər