Modern.az

Qızılın qiyməti 3200 dollara yaxınlaşır - Ekspertlərdən XƏBƏRDARALIQ

Qızılın qiyməti 3200 dollara yaxınlaşır - Ekspertlərdən XƏBƏRDARALIQ

İqtisadiyyat

1 Aprel 2025, 09:16

Dünya birjalarında qızılın (XAU/USD) qiyməti əvvəlki günün artımını davam etdirərək 3100 dolları keçib. Bu gün qiymət 3160 dollar civarında dəyişir.

Modern.az xəbər verir ki, bu artım qlobal təhlükəsizlik və ABŞ prezidenti Donald Trampın aqressiv ticarət siyasətinin yaratdığı narahatlığın təsiri ilə baş verir. Eyni zamanda, geosiyasi gərginliklər də qızılın qiymətinin artmasına səbəb olur.

İnvestorlar ABŞ iqtisadiyyatında tariflərin tənəzzülə səbəb olacağını və bununla yanaşı Federal Ehtiyat Sisteminin  faiz  dərəcələrini endirəcəyini düşünürlər. Bu dolların zəifləməsinə və qızılın qiymətinin artmasına səbəb ola bilər. Lakin qızıl artıq yüksək səviyyəyə çatdığı üçün bəzi analitiklər yeni alış etməkdə ehtiyatlı olmağı tövsiyə edirlər.

Keçən həftə Goldman Sachs  qızıl qiyməti ürə proqnozunu 3300 dollara qaldırıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər