Modern.az

Kreditlərin artım tempi zəifləyib

Kreditlərin artım tempi zəifləyib

İqtisadiyyat

2 Aprel 2025, 17:22

2025-ci ilin fevral ayında yanvar ayı ilə müqayisədə bankların kredit portfeli 0.3% və ya 77,7 milyon manat artaraq 27 milyard 592.4 milyon manata çatıb.

Modern.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Statistik bülletenin Fevral buraxılışında bildirilir. 

Bankların cəmi kredit portfeli 2025-ci ilin yanvar-fevral ayları ərzində ötən ilin sonu ilə müqayisədə 114,7 milyon manat artıb. 2024-cü ilin ilk iki ayında bankların kredit portfeli 650 milyon manat artaraq 23 milyard 833 milyon manata çatmışdı. Beləliklə, bankların kredit portfelinin artım tempi 5,7 dəfə azalıb. 

Məlumata görə, bank sektorunda kredit portfelinin strukturu aşağıdakı şəkildədir:

1) biznes kreditləri – 53.5% (14 milyard 777 milyon manat);

2) istehlak kreditləri – 31.0% (8  milyard 544 milyon manat) 

3) ipoteka kreditləri – 15.5% (4 milyard 271.4 milyon manat).

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.6% təşkil etmişdir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi