Modern.az

Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

İqtisadiyyat

4 Aprel 2025, 09:28

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,89 ABŞ dollar ucuzlaşıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,89 ABŞ dolları, yaxud 6,24 % azalaraq 73,48 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər