Modern.az

Çinlə ABŞ-ın "tarif müharibəsi" Azərbaycana necə təsir edəcək? - ŞƏRH 

Çinlə ABŞ-ın "tarif müharibəsi" Azərbaycana necə təsir edəcək? - ŞƏRH 

İqtisadiyyat

11 Aprel 2025, 16:18

Ağ Ev Çindən idxal olunan məhsullara 104 faizlik tarif tətbiq edildiyini və aprelin 9-dan əlavə vergilərin toplanacağını bildirmişdi. Bunun ardınca rəsmi Pekinin cavabı gecikməyib, Çinin Maliyyə Nazirliyi cavab olaraq ABŞ-dən idxal edilən məhsullara görə gömrük rüsumunu 34 faizdən 84 faizə qaldırdığını açıqlamışdı. 
Tramp yeni açıqlamasında ABŞ-nin Çindən gələn mallara rüsumları 125 faizə qaldıracağını deyib.

Bu “tarif müharibəsinin” bütün dünya ölkələrinə təsir edəcəyi aydındır. 

Bəs Azərbaycan bu “tarif müharibəsindən” necə təsirlənəcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini  Azər Badamov Modern.az-a açıqlamasında deyib ki, Azərbaycanın ABŞ-a ixracının çox da böyük olmaması səbəbindən 10%-lik rüsum ticarət dövrüyyəmizdə bir çətinlik yaratmayacaq:

"ABŞ prezidenti Donald Tramp 185 ölkədən idxal olunan mallara gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarı təsdiq edib. Həm də Tramp bu qərarın imzalandığı günü "ABŞ-ın qurtuluş günü" olduğunu qeyd edib. Yəni o, fikirləşir ki, idxala rüsumlar tətbiq etməklə ölkəsinin ticarət balansındakı ədalətsizliyi aradan qaldıracaq və ABŞ-ı daha güclü və böyük ölkəyə çevirəcək. Bu siyahıda ölkəmizin adı da var və Azərbaycandan idxal olunacaq mallara 10% rüsum tətbiq olunacaq. Əvvəlcə qeyd etmək istəyirəm ki, son bir ildə Azərbaycandan ABŞ-a ixrac 8 dəfə artaraq 135 milyon dolları keçib. Təbii ki, ABŞ-a ixracımızın artması yaxşı haldır. ABŞ-dan idxalımız isə 1,5 milyard dollardan çoxdur. Bu rəqəmlər özü-özlüyündə mallarımıza tətbiq olunan 10%-lik rüsumun ABŞ-la hansı çətinlik yardacağını deməyimizə imkan verir. Həm də Donald Tramp 75 ölkəyə tətbiq olunan rüsumların qüvvəyə minməsini 90 günə dayandırıb. Bu ölkələrin arasında Azərbaycanın da olduğunu hesab edirəm. Çünki, Azərbaycan ABŞ-ın rüsum siyasətinə əks addımlar atmayan ölkələr sırasındadır. Digər tərəfdən, hesab edirəm ki, ABŞ-a ixracımız çox da böyük olmadığından 10% rüsumun tətbiq edilməsi ticarət dövriyyəmizdə çətinlik yaratmayacaq. Əksinə, qeyd etmək istəyirəm ki, ABŞ bazarında qiymətlərin bahalaşması mallarımızın ixracı üçün yeni imkanlar açacaq və yaxın gələcəkdə ikitərəfli ticari dövriyyəmizin daha da artacağını müşahidə edəcəyik". 


Deputat vurğulayıb ki, ABŞ-ın rüsum siyasəti qlobal iqtisadiyyatı böyük çətinliklə üz-üzə qoyacaq:

"ABŞ-la Çin arasında ticarət müharibəsi günü-gündən dərinləşir. Hətta Çinin dünya bazarlarına “hörmətsizliyi” səbəbindən tarifləri 125 faizə qaldırdığını deyən Tramp, “ümid edirəm ki, Çin yaxın gələcəkdə ABŞ və digər ölkələri istismar etmə dövrünün artıq davamlı və qəbuledilməz olmadığını başa düşəcək” ifadələrindən istifadə edib. ÜTT-nın Baş direktoru ticarət müharibəsinin qlobal iqtisadiyyatda 7%-ə qədər geriləmə yaradacağını və bu prosesin dünya iqtisadiyyatını böyük çətinliklə qarşılaşdıracağını deyərək, dünya birliyini həmrəyliyə və bu prosesin dayandırılması istiqamətində hərkətə keçməyə çağırıb. Həqiqətən ABŞ-ın rüsum siyasəti qlobal iqtisadiyyatı böyük çətinliklə üz-üzə qoyacaq və dünya bazarlarında malların və xidmətlərin bahalaşmasına gətirib çıxaracaq. Bu da ölkələr tərəfindən idxal olunan malların qiymətlərində artımlarla müşhidə olunacaq. "Ticarət müharibəsi" digər müharibələri üstələyir, qlobal iqtisadiyyatı resesiyaya aparır və dünya nizamının iqtisadi oxunun yenidən formalaşdırlmasını labüd edir".

Sizə yeni x var
Keçid et
Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu