Modern.az

Maliyyə Nazirliyində ilk depozit hərracı

Maliyyə Nazirliyində ilk depozit hərracı

İqtisadiyyat

11 Aprel 2025, 19:25

Bu gün Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə ilk dəfə olaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edib.

 

Modern.az nazirliyə istinadən xəbər verir ki, hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 1 milyard manatlıq sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7,21 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

 

Depozit hərraclarının tətbiqi dövlət büdcəsinə əlavə gəlir formalaşdırmaqla, bank sektorunda likvidliyin artmasına töhfə verəcək.

 

"Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə, dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək", - deyə məlumatda qeyd olunub. 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər