Modern.az

MÜSİAD UK-də yeni dönəm - İlk qadın prezident seçildi - FOTO

MÜSİAD UK-də yeni dönəm - İlk qadın prezident seçildi - FOTO

İqtisadiyyat

12 Aprel 2025, 17:59

Böyük Britaniyada fəaliyyət göstərən və türk iş dünyasının önəmli nümayəndələrini bir araya gətirən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Birləşmiş Krallıq bölməsi 5-ci növbədənkənar Ümumi Yığıncağını keçirib. Diplomatik korpus, siyasət və iş dünyasının nümayəndələrinin iştirak etdiyi tədbir təşkilatın (MÜSİAD UK) yeni mərhələsinə keçidi rəsmi şəkildə təsdiqləyib.

Modern.az xəbər verir ki, Ümumi Yığıncaqda keçirilən seçkilər nəticəsində vəkil Türkan Akbaş MÜSİAD Uk-in yeni dönəm başqanı seçilib. Türkan Akbaş 1990-cı ildə qurulan MÜSİAD UK-in ilk qadın prezidenti kimi tarixə düşməsilə diqqət çəkib.

Türkan Akbaşın inklüziv liderlik fəlsəfəsi və yenilikçi yanaşması, MÜSİAD UK-in həm Birləşmiş Krallıqda, həm də beynəlxalq səviyyədə daha fəal və görünən olmasına xidmət edəcək.

Yeni dövrdə vəzifəyə başlayacaq MÜSİAD UK-in İdarə Heyəti müxtəlif sektorlarda uğurları ilə seçilən iş adamlarından ibarətdir. Qadınların təmsilçiliyinin artması və gənc liderlərin iştirakı bu strukturun çoxsəsliliyə və dinamizmə önəm verdiyini göstərir.

Yeni sədr Türkan Akbaş öz çıxışında bildirib:

“Bu vəzifə təkcə bir ad deyil, böyük bir məsuliyyətdir. Ümid edirəm ki, bu yol gələcəkdə daha çox qadına və gəncə ilham verəcək. Biz birlik və inamla daha güclü bir MÜSİAD üçün çalışacağıq”.

O, qadınların iş dünyasında mövqeyindən bəhs edərək, qadın rəhbərliyin xüsusilə böhran dövrlərində daha dayanıqlı olduğunu vurğulayıb.

Yeni rəhbərlik MÜSİAD UK-i Türkiyə ilə Birləşmiş Krallıq arasında körpü rolunu gücləndirməyə, təşkilatın beynəlxalq nüfuzunu artırmağa və xüsusilə Avropa, Asiya və Orta Şərq bazarlarında yeni əməkdaşlıq imkanları yaratmağa çalışacaq.

Yığıncaqdan sonra təşkil olunan qala gecəsinə Türkiyənin Londondakı səfiri Orxan Koray Ertaş, Azərbaycanın ticarət müşaviri Rasim Məmmədov, İslam Channel-ın sahibi Mohammed Ali, eləcə də Niderland, ABŞ və İsveçrədən gəlmiş MÜSİAD nümayəndələri qatılıb. London, Nyukasl, Lester kimi şəhərlərdən gələn nüfuzlu iş adamları da bu möhtəşəm tədbirdə iştirak ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər