Modern.az

Bakıda kirayə verməklə evin pulunu 20 ilə çıxarmaq olar

Bakıda kirayə verməklə evin pulunu 20 ilə çıxarmaq olar

İqtisadiyyat

16 Aprel 2025, 08:59

Bakı şəhərində median aylıq kirayə haqqı 927 manat səviyyəsindədir. Başqa sözlə, Bakıdakı kirayə mənzillərin yarısı 927 manatdan ucuz, yarısı isə bahadır.

Modern.az  xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi Hesabatı”nda qeyd olunub.

Hesabatda bildirilir ki, bu göstərici daşınmaz əmlakın kapitalizasiya müddətinin 19,5 il olmasına səbəb olur. Başqa sözlə, hazırkı kirayə qiymətləri fonunda bir mənzilin əldə etdiyi gəlir hesabına geri qaytarılması üçün orta hesabla 19,5 il tələb olunur.

Sənəddə həmçinin vurğulanır ki, Bakı şəhərində mənzil qiymətlərinin orta aylıq nominal əmək haqqına nisbəti 189 ay və ya 15,7 il təşkil edir. Bu göstərici vətəndaşların mənzilə sahib olmaq imkanlarını əks etdirən mühüm indikatorlardan biridir.

Azərbaycan Mərkəzi Bankı qeyd edir ki, 2023-cü ilin sonu ilə müqayisədə ölkədə mənzil qiymətləri artsa da, bu artım bəzi bençmark ölkələrlə müqayisədə daha aşağı tempdə baş verib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkə üzrə mənzil bazarında qiymətlər ötən ilin sonuna nisbətən 9,9% artıb. Bu göstərici Qazaxıstan və Özbəkistanla müqayisədə daha yüksək, Türkiyə, Gürcüstan və digər ölkələrlə müqayisədə isə nisbətən aşağı səviyyədədir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?