Modern.az

Büdcə təşkilatlarında mühasibat uçotu elektronlaşdırıldı

Büdcə təşkilatlarında mühasibat uçotu elektronlaşdırıldı

İqtisadiyyat

19 Aprel 2025, 11:50

Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu yalnız elektron formada aparılacaq.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb.

Yeni dəyişikliklərə əsasən, mühasibat uçotu subyektləri uçotu elektron şəkildə aparmalı və maliyyə hesabatlarını aidiyyəti quruma “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq təqdim etməlidirlər.

Qanun həmçinin “e-mühasibat” informasiya sisteminin funksiyalarını da müəyyənləşdirir. Bu sistem aşağıdakıları təmin etməlidir:
- Maliyyə hesabatlarının elektron imza ilə elektron qaydada təqdim olunması;
- Beynəlxalq mühasibat standartlarının Azərbaycan dilində rəsmi mətnlərinə, müvafiq hüquqi aktların elektron versiyalarına, mühasibat proqram təminatlarına və maarifləndirici materiallara çıxış.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər