Modern.az

Gürcüstan Azərbaycandan kömək istədi

Gürcüstan Azərbaycandan kömək istədi

İqtisadiyyat

19 Aprel 2025, 15:32

Gürcüstanın paytaxtı Tbilisi də daxil olmaqla bir sıra regionlarda bu gün yenidən elektrik enerjisi kəsilib. 

Modern.az xəbər verir ki, buna səbəb Kavkasioni elektrik ötürücü xəttində qəzanın baş verməsidir. 

“AzərEnerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin “Qafqazinfo”ya verdiyi məlumata görə, böyük problemlə üzləşən Gürcüstan tərəfi Azərbaycana kömək üçün müraciət edib. Dərhal “AzərEnerji” tərəfindən Gürcüstan enerji sistemi ilə paralel iş bərpa olunub. Qəzanın ilk anında Gürcüstana 380-400 MVt enerji ötürülüb.

Xatırladaq ki, bir neçə gün öncə də Gürcüstan qaranlığa qərq olmuşdu. Genişmiqyaslı qəza nəticəsində Tbilisi, Qori, Batumi, Poti, Borjomi, Kutaisi, Zuqdidi və digər şəhərlərin bir hissəsində işıq kəsilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər