Modern.az

Auditorlar Palatası Şurasına yeni üzv seçildi

Auditorlar Palatası Şurasına yeni üzv seçildi

İqtisadiyyat

22 Aprel 2025, 18:58

Azərbaycan Auditorlar Palatası Şurasına (AAP) yeni üzv seçilib.

Modern.az xəbər verir ki, bu barədə Palatadan bildirilib.

Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən maliyyə nazirinin müavini Azər Bayramovun 2025-ci il 17 aprel tarixli məktubuna əsasən Kəmalə Cəlal qızı Hümbətova Azərbaycan Auditorlar Palatası Şurasının üzvlüyünə Maliyyə Nazirliyinin nümayəndəsi qismində seçilib. Bu barədə Auditorlar Palatasının sədri əmr imzalayıb. Bununla da Şura üzvlərinin sayı 7-yə çatıb.

Qeyd edək ki, Kəmalə Hümbətova Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin Təşkilatlarda uçot siyasəti sektorunun müdiridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər