Modern.az

Azərbaycan və Pakistan rəsmiləri danışıqlar apardı

Azərbaycan və Pakistan rəsmiləri danışıqlar apardı

İqtisadiyyat

29 Aprel 2025, 18:05

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə videokonfrans formatında görüşüb.

Nazirlikdən Modern.az-a bildirilib ki, iki dost ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir.

Görüşdə Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, tərəflər ticarət əlaqələrinin və qarşılıqlı sərmayələrin intensiv təşviqi istiqamətində müzakirələr aparıblar.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı