Modern.az

“İstisu” Belarusda da satılacaq

“İstisu” Belarusda da satılacaq

İqtisadiyyat

5 May 2025, 18:13

Azərbaycanın “İstisu” mineral suyu yaxın gələcəkdə Belarus bazarına çıxacaq.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakı şəhərində keçirilən Azərbaycan–Belarus biznes-forumu çərçivəsində etdiyi çıxışda deyib.

 

“Artıq “İstisu” mineral suyunun Belarusa tədarükü üzrə müqavilə imzalanıb. Məhsul laborator sınağa göndərilib və biz mütəmadi ixracın tez bir zamanda başlayacağına ümid edirik. “İstisu” mineral suyunun xarici bazara çıxması xüsusi önəm kəsb edir. “İstisu” mineral suyunun ixracı bizim üçün təkcə ticarət layihəsi deyil, o, eyni zamanda, azad olunmuş ərazilərin dirçəliş rəmzidir”, - deyə bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər