Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müşaviri Ziya Əliyev vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirlib.
Ziya Əliyev bu vəzifəyə 2025-ci ilin fevral ayında təyin edilmişdi.
O daha əvvəl Mərkəzi Bankda baş direktor vəzifəsində çalışıb.
Digər əmrlə Ziya Əliyev Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti təyin edilib.