Modern.az

Azərbaycan neftinin qiyməti 65 dolları ötüb

Azərbaycan neftinin qiyməti 65 dolları ötüb

İqtisadiyyat

10 May 2025, 09:47

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,08 ABŞ dollar bahalaşıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,08 ABŞ dolları, yaxud 1,67 % artaraq 65,66 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər