Modern.az

Ötən illə müqayisədə avtomobillər, velosipedlər və telefonlar ucuzlaşıb 

Ötən illə müqayisədə avtomobillər, velosipedlər və telefonlar ucuzlaşıb 

İqtisadiyyat

15 May 2025, 14:44

2025-ci ilin ilk dörd ayı ərzində bəzi qeyri-ərzaq məhsullarının qiymətlərində eniş müşahidə olunub.

Modern.az xəbər verir ki,  Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə minik avtomobillərinin qiymət indeksi 98,4 faiz təşkil edib. Başqa sözlə, avtomobillər ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 1,6 faiz ucuzlaşıb. 

Ən böyük ucuzlaşma isə telefon aparatlarında qeydə alınıb. Qiymət indeksi burada cəmi 94,5 faiz olub ki, bu da ötən illə müqayisədə 5,5 faizlik eniş deməkdir. 

Velosipedlərdə isə ciddi bir dəyişiklik baş verməyib. Bu məhsul qrupu üzrə qiymət indeksi 99,7 faiz səviyyəsində olub, yəni qiymətlərdə cəmi 0,3 faizlik azalma baş verib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu