Modern.az

Mərkəzi Bank iki bankla bağlı məcburi sərəncam verdi

Mərkəzi Bank iki bankla bağlı məcburi sərəncam verdi

İqtisadiyyat

15 May 2025, 15:20

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Sənaye Bankı” və “Bank Avrasiya” ASC-lərə icrası məcburi sərəncam verib.

Bu barədə Modern.az-a AMB-yə istinadən xəbər verir.

Məlumata görə, “Banklarda korporativ idarəetmə Standartları”nın 4.8-ci bəndinin tələbinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Bank Avrasiya” ASC və “Azərbaycan Sənaye Bankı” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu