Modern.az

Mərkəzi Bank “Xalq” Bankına lisenziya verdi

Mərkəzi Bank “Xalq” Bankına lisenziya verdi

İqtisadiyyat

15 May 2025, 16:00

Azərbaycan Mərkəzi Bankı tərəfindən ASC “Xalq” Bankına investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirmək hüququ verən lisenziya verilib.

Modern.az-a bu barədə AMB-dən məlumat verilib.

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 74-3.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bankına 07.05.2025-ci il tarixində investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirməyə icazə verən İXB-01 nömrəli müddətsiz lisenziya verilib", - məlumatda qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu