Modern.az

Banklar bir ayda kreditlərdən 304 milyon manat qazanıb

Banklar bir ayda kreditlərdən 304 milyon manat qazanıb

İqtisadiyyat

4 İyun 2025, 16:58

2025-ci ilin mayın 1-nə olan məlumata görə Azərbaycan banklarının cəmi kredit portfeli 28 milyard 96,5 milyon manat təşkil edib. Bu barədə Modern.az Mərkəzi Bankın aylıq statistik bülleteninə istinadla məlumat yayıb.

Rəqəmlər göstərir ki, kredit portfelində həm aylıq, həm də illik artım qeydə alınıb. Belə ki, aprel ayı ilə müqayisədə portfel 219,4 milyon manat və ya 0,8 %, ilin əvvəlindən isə 618,8 milyon manat və ya 2,3 % artıb. Daha əhəmiyyətli artım isə illik müqayisədə baş verib – 3 milyard 452 milyon manat və ya 14%.

Xatırladaq ki, bankların cəmi kredit portfeli:

  • 2025-ci ilin aprel ayının 1-nə – 27 milyard 877,1 milyon manat,

  • yanvar ayının 1-nə – 27 milyard 477,7 milyon manat,

  • ötən ilin eyni dövrünə isə – 24 milyard 644,5 milyon manat təşkil edib.

Bank sektorunun gəlirləri də diqqət çəkir. Aprel ayında banklar yalnız kreditlərdən 304 milyon manatdan çox gəlir əldə ediblər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi