Modern.az

Azərbaycan nefti 2 % ucuzlaşıb

Azərbaycan nefti 2 % ucuzlaşıb

İqtisadiyyat

5 İyun 2025, 09:58

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,4 ABŞ dollar ucuzlaşıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,4 ABŞ dolları, yaxud 2 % azalaraq 68,47 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi