Modern.az

Mərkəzi Bank ötən il 500 milyon gəlir əldə edib

Mərkəzi Bank ötən il 500 milyon gəlir əldə edib

İqtisadiyyat

5 İyun 2025, 11:00

Mərkəzi Bank 2024-cü ildə valyuta ehtiyatlarının idarə edilməsində daxili idarəetmə ilə yanaşı, xarici menecerlərlə əməkdaşlığı davam etdirib.

Modern.az-a bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, AMB 2024-cü ildə xarici pul və istiqraz bazarlarında mövcud əlverişli mühit və nisbi gəlirliliyin artırılması istiqamətində tətbiq edilən portfel strategiyaları nəticəsində valyuta aktivlərinin idarə edilməsindən rekord məbləğdə, 491.6 milyon ABŞ dolları gəlir əldə edilib. İnvestisiya portfelinin gəlirliliyi isə 4.5% təşkil edib.

Qeyd edilib ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları hesabat ili ərzində əsasən daxili bazarda valyuta satışları və məzənnə fərqi hesabına 653.5 milyon ABŞ dolları və ya 5.6% azalaraq 2024-cü ilin sonuna 10.96 milyard ABŞ dolları təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi