Modern.az

Bəzi Avropa ölkələri niyə avrodan istifadə etmir?

Bəzi Avropa ölkələri niyə avrodan istifadə etmir?

İqtisadiyyat

5 İyun 2025, 14:45

Avropa Birliyinin rəsmi valyutası olan avro 1999-cu ildə rəqəmsal formada dövriyyəyə buraxılıb. 2002-ci ildən isə fiziki şəkildə – kağız pul və sikkələr şəklində istifadə olunmağa başlayıb. Həmin il 12 üzv ölkə öz milli valyutalarından imtina edərək avroya keçdi. Sonrakı illərdə bu siyahıya yeni ölkələr əlavə olunsa da bəzi üzvlər hələ də milli valyutalarından istifadə edir.

Hansı ölkələr avroya keçməyib və niyə?

Hazırda İsveç, Polşa, Çexiya, Rumıniya və Macarıstan kimi Avropa Birliyi ölkələri hələ də avrodan istifadə etmir. Bu ölkələrin ortaq xüsusiyyəti avroya keçid üçün tələb olunan “yaxınlaşma kriteriyaları”na tam cavab verməmələridir. Bu kriteriyalar inflyasiyanın nəzarətdə saxlanması, büdcə kəsirinin aşağı olması, uzunmüddətli faizlərin sabitliyi və valyuta məzənnəsinin dayanıqlılığı kimi iqtisadi şərtləri əhatə edir.

Danimarka isə bu baxımdan xüsusi mövqeyə malikdir. 1992-ci il Edinburq razılaşmasına əsasən Danimarka avrodan istifadə etməmək hüququ əldə edib və bu gün də öz milli valyutası olan krona ilə davam edir.

Avroya keçməyə hazırlaşan ölkələr

Bolqarıstan yaxın gələcəkdə – 2026-cı ilin əvvəlində – avronu rəsmi valyutaya çevirməyi planlaşdırır. Avropa Komissiyası və Avropa Mərkəzi Bankı tərəfindən müsbət rəy aldıqdan sonra Bolqarıstanın avro zonasına qoşulması gündəmdədir.

AB üzvü olmayan, amma avro istifadə edən ölkələr

Maraqlıdır ki, bəzi kiçik Avropa ölkələri – Andorra, Monako, San-Marino və Vatikan – Avropa İttifaqına üzv olmasalar da, xüsusi razılaşmalar vasitəsilə avronu rəsmi valyuta kimi istifadə edirlər.

Avrodan istifadə etməyən Avropa ölkələri

Avropada həm AB üzvü olan, həm də olmayan bir sıra ölkə hələ də öz milli valyutalarından istifadə edir:

AB üzvləri:

  • Çexiya – Koruna
  • Macarıstan – Forint
  • Polşa – Zlotı
  • Rumıniya – Leu
  • İsveç – Krona
  • Danimarka – Kron (qanuni imtina hüququ ilə)

AB-yə üzv olmayan ölkələr:

  • Türkiyə – Türk lirəsi
  • Böyük Britaniya – Funt sterlinq
  • İsveçrə və Lixtenşteyn – Frank
  • Norveç və İslandiya – Kron
  • Ukrayna – Qrivna
  • Serbiya – Dinar
  • Gürcüstan – Lari
  • Rusiya – Rubl
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi