İyunun 6-7-də Azərbaycanda Qurban bayramı qeyd olunur.
Bayramla əlaqədar paytaxtın müxtəlif yerlərində xırdabuynuzlu qurbanlıq heyvanların satışı təşkil olunub.
Modern.az-ın əməkdaşı Bakıdakı bir sıra satış yerlərinə baş çəkərək, qurbanlıq heyvanların qiymətilə maraqlanıb.
Məlum olub ki, əksər yerlərdə qurbanlıq heyvanların diri çəkisinin 1 kq-ı 11 manata satılır. Qurbanlıq qoç və toğlunun kəsilib doğranmış ətinin 1 kq-nı isə 22 manata satırlar.
Satış yerlərindəki alıcılar qurbanlıq heyvanların bahalaşdığını bildiriblər.