Modern.az

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

İqtisadiyyat

10 İyun 2025, 09:28

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 ABŞ dollar olub.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 ABŞ dolları, yaxud 0,9 % artaraq 70,79 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ